Bakı. Musa Əhmədov - APA-Economics. Dünya bazarlarında neftin kəskin ucuzlaşması davam edir.
“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti sonuncu hərraclarda (Bakı vaxtı ilə 15:30 üçün olan məlumata görə) 1 barelə görə 48,85 dollar təşkil edib.
London birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 51,82 dollara enib.
“Bloomberg” agentliyinin məlumatına görə, “qara qızıl”ın kəskin ucuzlaşmasına əsas səbəb Səudiyyə Ərəbistanının istehsal etdiyi “Arab Light” markalı neftinin tədarük qiymətinin artırılmasıdır.