Marneulidə azərbaycanlılar etiraz aksiyası keçiriblər

15:57 6 Yanvar 2015
138 Dünya
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 15:54 ]


Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Yuxarı Saral kəndində etiraz aksiyası keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyaya səbəb kəndin yaxınlığında pomidor becərmək üçün qurulan istixanaların qızdırılmasında sobada yandırılan köhnə maşın təkərlərindən yanacaq kimi istifadə edilməsi olub.

 

Aksiya iştirakçıları istixanalardan çıxan tüstü ilə ətraf mühitə zəhərli maddələr yayıldığını bildiriblər. 100 nəfərdən çox kənd sakinini ərazi inzibati cəhətdən Dəmyə Görarxı icra nümayəndəliyinə daxil olan istixana təsərrüfatının rəhbəri Abbas Musayev dinlədikdən sonra onların tələblərini yerinə yetirəcəyinə söz verib.
 

Dəmyə Görarxı kənd icra nümayəndəsi Heydər Həsənoğlu isə APA-ya açıqlamasında aksiya iştirakçılarının tələblərini yerinə yetirməyə çalışacaqlarını bildirib: "Artıq kənd əhalisi ilə razılığa gəldik. Sabahdan başlayaraq sobalar yenidən təmizlənəcək və zəhərli maddələr süzən köhnə filtrlər yenisi ilə əvəz olunacaq,  tüstünün ətraf ərazilərə yayılmamasının qarşısını almaq üçün qaynaq işləri aparılacaq. İstixanada çalışanlar etiraz edənlərə söz veriblər ki, bundan sonra belə sobalar kömürlə işləyəcək. Mən Dəmyə Görarxı kəndinin icra nümayəndəsi olaraq texniki nasazlığın aradan qaldırılması və sobaların standartlara uyğun istifadə edilməsinə nəzarət edəcəyəm. Çalışacam ki, Yuxarı Saral kəndinə yaxın ərazidə tikilən istixanalardan zəhərli maddələr yayılmasın".
 

Öz növbəsində Yuxarı Saral kənd sakini Əli Abbasov problemin artıq həll edildiyini bildirib: "Məqsədimiz kimisə cərimələtmək deyil. Sadəcə olaraq evlərimizin içinə qədər yayılan zəhərli qara tüstünün yayılmasının qarşısını almaqdır. Üzümüz, gözümüz, paltarımız, maşınlarımız qara rəngdə idi. Dəmyə Gorarxı kəndinin ərazisində qurulan və kəndimizə yaxın olan istixana təsərrüfatının rəhbərləri bizə söz verdilər ki, sabahdan problemləriniz həll olunacaq".


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368169

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR