"Neftçi"dən yeni transfer (FOTO)

"Neftçi"dən yeni transfer (FOTO)
16:01 6 Yanvar 2015
235 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" futbol klubu Azərbaycan yığma komandasının üzvü, hücumçu Rauf Əliyevlə müqavilə bağlayıb. Futbolçu növbəti il yarım müddətində "Neftçi"nin formasını geyinəcək.

"Neftçi"nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Rauf Əliyev komandaya keçidi ilə bağlı fikirlərini bildirib: "Neftçi" Azərbaycan futbolunun ən köklü komandasıdır. İstənilən yerli futbolçu üçün "Neftçi"də oynamaq şərəfdir. Bu komanda hər zaman ən yüksək yerlər uğrunda mübarizə aparıb. Zəngin tarixi və böyük iddiası olan kluba gəldiyim üçün xoşbəxtəm. Bilirəm ki, üzərimə böyük məsuliyyət düşür. "Neftçi"nin heyətində özümü doğrultmaq və komandama faydalı olmaq istəyirəm. İnanıram ki, azarkeşlərin də sevgisi və dəstəyi sayəsində qolları sıralayacam. Mən milli komandanın da üzvüyəm. Ona görə də çalışacam ki, "Neftçi"də bacardığım qədər yaxşı çıxış edərək, yığmamıza da faydalı olum."



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=318016

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR