Bakıda evdən 15 min manata yaxın dəyərdə qızıl-zinət əşyaları və pul oğurlanıb

Bakıda evdən 15 min manata yaxın dəyərdə qızıl-zinət əşyaları və pul oğurlanıb
12:32 9 Yanvar 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda fərdi yaşayış evindən 14 200 manat dəyərində qızıl-zinət və 600 manat pul oğurlanıb.
"Report"un xəbərinə görə, hadisə Səbail rayonunda baş verib. 
Belə ki, Badamdar qəsəbəsi 3-cü massiv yeni tikili fərdi yaşayış evindən oğurluq edilib. Naməlum şəxs və ya şəxslər 1981-ci il təvəllüdlü Ələkbərov Mərahimə məxsus fərdi yaşayış evinə açar seçmə yolu ilə daxil olaraq oradan 600 manat pul və 14 200 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar. 
Hadisə ev sahibi evdə olmadığı vaxtda baş verib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-evden-15-min-manata-yaxin-deyerde-qizil-zinet-esyalari-ve-pul-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR