İŞİD silahlı qruplaşmasının qorxunc edam görüntülərinə yeni bir video də əlavə edilib.
ANS PRESS-in məlumatına görə, terror qruplaşması mürtəd adlandırdığı 12 iraqlının edam edilməsi görüntülərini yayıb. Görüntülərdə Tiqrit və Şimali Bağdad vilayətlərində tutulan 12 iraqlının edam edilməsi səhnəsi yer alır.
Dindən dönmə mənasını verən mürtəd sözü ilə mühakimə edilən 12 iraqlı sünni məzhəbindəndirlər və polisdə işləyirlər. Onlar İŞİD-in koordinatlarını hökumətə və orduya verməyə görə günahlandırırlar.
Təşkilat üzvləri tutduqları kəslərin günahlarını meydanlarda xalqın qarşısında elan edərək edamı həyata keçiriblər.