Baş Dövlət Yol Polisi İdarəsi havaların soyuması ilə əlaqədar sürücülərə müraciət edib

16:07 6 Yanvar 2015
108 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 16:03 ]

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda havaların soyuması ilə əlaqədar olaraq sürücülərə müraciət edilib.

 

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, havaların soyuması ilə əlaqədar sürücülərin diqqətli olması xahiş olunur.

 

Kamran Əliyev, həmçinin sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı tövsiyə edib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368170

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR