İctimai Televiziyada yeni TƏYİNAT

İctimai Televiziyada yeni TƏYİNAT
16:09 6 Yanvar 2015
173 Sosial
Ölkə mətbuatı
A- A+

Anar Yusifoğluna İTV-də yeni vəzifə verilib

İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinat olub. Lent.az-ın məlumatına görə, əvvəllər İTV-nin Analitik Proqramlar Departamentinin direktoru işləyən Anar Yusifoğlu adıçəkilən televiziyanın İnformasiya və İctimai-Siyasi Proqramlar Departamentinin direktor müavini təyin edilib. A. Yusifoğlu 2013-cü ilin sentyabrında vəzifəsindən azad edilmişdi. O, hazırda aktual.az saytına rəhbərlik edir.

 

Qeyd edək ki, İctimai Televiziyanın İnformasiya və İctimai-Siyasi Proqramlar Departamentinə hələlik direktor təyin edilməyib. Adıçəkilən departament İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini Şaiq Məmmədovun kurasiyasındadır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189549

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR