Eldəniz Quliyev Suriya hadisələrindən film çəkəcək

Eldəniz Quliyev Suriya hadisələrindən film çəkəcək
16:29 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Kinossenarist Eldəniz Quliyevin ssenarisi əsasında film çəkiləcək


Bu barədə Lent.az-a Eldəniz Quliyev məlumat verib.


Eldəniz Quliyevin sözlərinə görə, Suriyadakı hadisələr başlamamış, Yaxın Şərqdə cərəyan edən maraqlı bir triller janrında ssenari fikirləşib: “Həm Azərbaycan tərəfi, həm Suriya həm də İranla razılıq əldə olunmuşdu ki, filmin çəkilişləri başlasın. Amma Suriyada olan hadisələr səbəbi ilə filmin çəkilişi baş tutmadı. İndi mən bu filmin ssenarisi üzərində çalışıram, əvvəl-axır bu film çəkilməlidir”.


E. Quliyev deyib ki, Azərbaycan teleməkanı üçün yeni bir serial çəkməyi düşünür:


“Siz bilirsiniz ki, Azərbaycanda çəkilən teleseriallar nə sənət baxımından, nə bədii yük baxımından, nə dünya görüşü baxımından heç kimi qane eləmir. On görə də yeni baxış və peşəkarlıq lazımdır. Mən bu sahədə özümü sınamaq qərarına gəldim və hazırda çoxserialı bir film tamaşa üzərində işləyirəm. Qeyd edim ki, bu komediya janrında olacaq. İndi siz zəng edəndə mən onun doqquzuncu seriasını yazırdım”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR