XİN: Cəbhədəki gərginlik Ermənistanın “Böyük sülh sazişi”nə mane olmaq siyasətinin nümunəsidir

XİN: Cəbhədəki gərginlik Ermənistanın “Böyük sülh sazişi”nə mane olmaq siyasətinin nümunəsidir
16:48 6 Yanvar 2015
178 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İlkin İzzət/

Cəbhəboyu zonada yaranan son gərginlik Ermənistanın təxribatçı əməlləri ilə hər vəchlə “Böyük sülh sazişi” üzrə işə başlamağa mane olmaq siyasətinin bariz nümunəsidir.

Bunu Trend-ə açıqlamasında ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psakinin cəbhə xəttində yaranmış gərginlik ilə əlaqədar söylədiklərini şərh edən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu regional sülh və sabitlik üçün ən başlıca təhlükədir: “ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən də deyildiyi kimi tərəflər sülh saziş üzrə danışıqlarda iştirak etməlidirlər. Amma təəssüf ki, Ermənistan təxribatçı əməlləri ilə hər vəchlə “Böyük sülh sazişi” üzrə işə başlamağa mane olmaq siyasəti yürüdür. Cəbhəboyu zonada yaranan son gərginlik də bunun daha bir bariz nümunəsidir”.

H.Hacıyev qeyd edib ki, ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərin qarşısının alınmasına da eyham olunur. Azərbaycan tərəfindən dəfələrlə bildirilib ki, bu kimi insidentlərin baş verməsinin qarşısının alınması və ümumiyyətlə, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2350332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR