Gürcüstanda azərbaycanlının evi və maşınları yanıb

16:52 6 Yanvar 2015
119 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 16:50 ]


Bolnisi. Nizami Məmmədzadə - APA. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Arakel kəndində yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, kənd sakini Əfqan İsmayılova məxsus yaşayış evi, bir minik avtomobili və mikroavtobus yanıb.

 

Yanğın zamanı Əfqan İsmayılovun ailə üzvləri evdən çıxarılıb. Sakinlərin verdiyi məlumata görə, yanğın elektrik qısaqapanmasından əmələ gəlib. Hadisə yerinə yanğınsöndürmə briqadası gəlməsinə baxmayaraq, avtomobillər və ev əşyaları tamamilə yanıb. Yanğın nəticəsində xəsarət alan olmayıb.

 

Hadisə yerinə gələn Bolnisi rayon İcra Hakimiyyətinin başçısı Qoqi Meşveliani zərərçəkən Əfqan İsmayılova lazımi kömək göstəriləcəyini vəd edib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368179

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR