Dindar gənc sərxoşu öldürdü - AZƏRBAYCANDA

Dindar gənc sərxoşu öldürdü - AZƏRBAYCANDA
16:54 6 Yanvar 2015
178 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişlidə qətl törədilib. Lent.az-ın məlumatına görə, rayonun Yalavac kəndində 1992-ci il təvəllüdlü Zeynalov Atdıxan Əmil oğlu həmkəndlisi, 1987-ci il təvəllüdlü Usubov Emin Kamil oğlunu bıçaqlayaraq qətlə yetirib.

 

Hadisə gənclər arasında yaranan mübahisə zəminində baş verib. Bildirilir ki, E.Usubov sərxoş vəziyyətdə A.Zeynalovu təhqir edib. Dindar olan 23 yaşlı oğlan buna dözməyib və bıçaqla həmkəndlisinə çoxsaylı zərbələr endirib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. A.Zeynalov polis tərəfindən saxlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189559

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR