Barbados bayrağı altında üzən yük gəmisi şənbə günü axşam Şimal dənizində, Fransanın Dünkerk limanından 70 km. aralıda batıb.

Milli.Az "Report"a istinadən bildirir ki,bu barədə Fransanın La-Manş və Şimal dənizi zonası perfekturasının məlumatında bildirilir.
Məlumata görə, gəminin 7 nəfərdən ibarət heyət üzvləri yük maşınını uğurla tərk ediblər.
Gəminin anbarında 3 min 800 ton xırdalanmış maqnezium oksid olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində