"Papaq muzeyi yaradılsın..." - VİDEO

"Papaq muzeyi yaradılsın..." - VİDEO
17:05 6 Yanvar 2015
286 Sosial
Ölkə mətbuatı
A- A+

Bir vaxtlar ictimai yerlərdə baş geyimi olmadan görünmək rüsvayçılıq kimi dəyərləndirilib. İndi isə vəziyyət dəyişib. Papaqdan istifadə edənlərə az rast gəlinir. Başına papaq qoyanların sayı azaldığı üçün papaqçılar da azalıb. Milli.Az TTV-yə (Region TV) istinadən xəbər verir ki, bir vaxtlar sənətinə görə Tovuzda barmaqla göstərilən Şamil Rzayev indi nadir peşə ilə məşğul olduğu üçün barmaqla göstərilir. Amma o, gördüyü işdən məmnundur.
 
Şamil Rzayev: "1956-cı ildən bu sənətdə işləyirəm. Evimi tikdim, sonra evləndim. Uşaqlarım oldu buradan qazandığım pulla baxdım onlara. İndiyədək də papaqçılıqla saxlayıram özümü".

Qoca papaqçı deyir ki, bütün günü işləməsinə baxmayaraq sifarişləri çatdıra bilmirmiş: "Təxminən gündə 8-in tikirdim, 10 manat, 15 manata. İndi heç 2 dənə də tikmirəm. O vaxt Düyərlidən, Şəmkirdən gəlirdilər papaq almağa".

Şamil usta işlədiyi dövrdə, sənəti ilə pul qazanmaqla yanaşı həm də xeyriyyəçiliklə də məşğul olub. Onun bu xeyriyyəçiliyi sənəti kimi qeyri-adidir: "Elə adam var ki, gəlir təzə "şapqa" alanda köhnəsini çıxarır, qoyur gedir burada. Mən də götürüb saxlayıram. Birdən dilənçi gəlib deyir ki, mənə bir papaq, mən də götürüb verirəm. Üzümdən gözümdən öpüb çox sağ ol deyir".

Qoca usta deyir ki, papaq qoyanlar az olduğundan bu milli geyimimiz yaddan çıxır. Yaddan çıxmasın deyə ustad papaqçı xüsusi muzeyin yaradılmasını təklif edir. Ancaq milli dəyərimiz olan papaqların muzey eksponatı kimi qalması ilə elə usta özü də razılaşmır.

Yoxsa, Mirzə Cəlilin bu sözləri ilə razılaşmalı olacağıq: “O vaxt sevindiyimizdən papağı göyə elə tullamışıq ki, hələ də qayıtmayıb”.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317563.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR