Təhsil nazirindən yeni ƏMR

Təhsil nazirindən yeni ƏMR
17:09 6 Yanvar 2015
159 Sosial
Ölkə mətbuatı
A- A+

Təhsil naziri Mikayıl Cabbarov “20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə” əmr imzalayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, 20 yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq olunub.

Tədbirlər planına müvafiq olaraq, 6-20 yanvar tarixlərində ali, ilk peşə və orta ixtisas təhsili, ümumtəhsil, internat məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189561

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR