3 yaşlı qızı bağçadan qaçırıb zorladılar

3 yaşlı qızı bağçadan qaçırıb zorladılar
17:31 6 Yanvar 2015
302 Sosial
Ölkə mətbuatı
A- A+

Türkiyənin Qaziantep vilayətində 3 yaşlı qızı zorlayıblar.

ANS PRESS-in məlumatın görə, hadisə ötən gün axşam saatlarında baş verib.

Hadisə qatarda baş verib. Suriyalı bir kişi qatarda balaca qız uşağını yaralı halda tapıb. Dərhal polisə xəbər verib. Hadisə yerə gələn polis əməkdaşları qızı xəstəxanaya aparıblar. Müayinə zamanı qızcığazın zorlandığı və döyüldüyü müəyyən olunub. Üstəlik onun bədənində şüşə ilə kəsilmiş izlərinin olduğu məlum olub.

Araşdırmalar zamanı məlum olub ki, uşaq bir neçə saat əvvəl yoxa çıxıbmış. Ailəsi itkin düşən İ.K.-nı axtarışa veribmiş. Həkimlər qıza ilkin tibbi yardım göstəriblər. Onun həyatı üçün təhlükə olmadığı bildirilib.

Polis qızın valideynlərinə xəbər verib. Qızlarının zorlanması barədə məlumat alan ata və ana gözyaşlarını saxlaya bilməyiblər.

Polis axtarışlara başlayıb. Araşdırmalar zamanı məktəbin müşahidə kamerasına baxış keçirilib. Görüntülərdə məlum olub ki, uşağı bağçanın qarşısından 18-20 yaşlarında bir şəxs tərəfindən aparıldığı müəyyən edilib. Polis həmin şəxsin kimliyini araşdırır.

Fakta bağlı araşdırmalar davam edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=318024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR