Nəqliyyat Nazirliyi Qaxda reyd keçirib, 50-dən çox sürücü cərimələnib

Nəqliyyat Nazirliyi Qaxda reyd keçirib, 50-dən çox sürücü cərimələnib
14:07 18 Yanvar 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax. 18 yanvar. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) əməkdaşları Qax rayonunda qaydaları pozan sürücülərə qarşı reyd keçirib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhərdaxili küçələrdə postlar qurulub, yükdaşıma, sərnişindaşıma, taksi fəaliyyəti, qeyri-qanuni Bakı istiqamətində sərnişin daşınması ilə məşğul olan və vergidən yayınan sürücülər müəyyənləşdirilib.
DANX-ın 6 saylı regional şöbəsinin aparıcı mütəxəssizi Tural Əhmədov "Report"a bildirib ki, reyd zamanı 30-dan çox taksi, 20-yə yaxın marşrut avtobusu və 5 qanunsuz olaraq Bakı istiqamətində sərnişin daşıyan sürücü saxlanılıb. Qayda pozan sürücülər barəsində müvafiq tədbirlər görülüb.
Reyd sürücülərin əhaliyə xidmətinin şəffaf və yüksək səviyyədə təmin olunması məqsədi daşıyır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/neqliyyat-nazirliyi-qaxda-reyd-kecirib-50-den-cox-surucu-cerimelenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR