Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşlarla görüşəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşlarla görüşəcək
21:22 19 Yanvar 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun Goranboy rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib.
Komitənin mətbuat xidmətindən "Report"a bildirilib ki, vətəndaş qəbulu yanvarın 28-i tarixinə keçirilib. Qəbulda Goranboy, Bərdə və Yevlax rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Qəbulda qeyd olunan rayonlardan olan vətəndaşlar iştirak edə bilər. Komitə sədrinin vətəndaşlarla görüşündə yalnız ƏMKD-nın fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin office@emdk.gov.az elektron ünvanına yaza və Komitənin Aparatı (012) 490 24 08 (daxili 105 və 200) ilə əlaqə saxlaya bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/emlak-meseleleri-dovlet-komitesinin-sedri-goranboyda-vetendaslarla-gorusecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR