İmişlidə 29 yaşlı kişi qətlə yetirilib

17:57 6 Yanvar 2015
211 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 17:50 ]

İmişli. Əlibəy Zeynallı - APA. İmişli rayonunda qətl hadisəsi baş verib. İmişli Rayon Prokurorluğundan APA-nın Mil Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gün rayonun Yalavac kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Zeynalov Attıxan Əbil oğlu həmkəndlisi, 1986-cı il təvəllüdlü Usubov Emin Kamil oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisəni törədən A. Zeynalov tutulub.

 

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368190

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR