Sabah Azərbaycanın bəzi rayonların qaz təchizatı məhdudlaşdırılacaq

18:02 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 17:57 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Azərbaycanın bəzi rayonlarında təmir işləri ilə əlaqədar qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics”ə verilən məlumata görə, yanvarın 7-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Yaşma” Qazpaylama Stansiyasında, eləcə də bir neçə ölçü qovşağında, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Hacıqabul-1” və “Kürdmaşı”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Kövər”, Astara Magistral qaz kəmərləri sahəsinin “Lerik” və “Yardımlı” Qazpaylama stansiyalarında, həmçinin qaztənzimləmə məntəqələrində təmir işləri aparılacaq.

 

Təmir müddətində Xızı rayonunun Yaşma və Giləzi, Hacıqabul rayonunun Hacıhətəmli, Kürdmaşı, Aşıq Bayram və Qarakollu, Yevlax rayonunun Kövər-1, Malbinəsi, Qoyunbinəsi, Kolanı, Hacımahmudlu və Quzanlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Lerik və Yardımlı rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368191

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR