ARDNŞ qazma işlərini azaldıb

ARDNŞ qazma işlərini azaldıb
18:03 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 8506 metr qazma işi həyata keçirib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 8062 metri istismara, 444 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2014-cü ilin yanvar-dekabr aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 127 346 metr (2013-cü ildə 142 656 metr) qazma işi görülüb ki, bunun da 124 718 (135 665 metr) metri istismara, 2628 metri isə kəşfiyyata aid olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2350372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR