Dünyanın ən varlı idmançısının lüks həyatı - FOTOSESSİYA

Dünyanın ən varlı idmançısının lüks həyatı - FOTOSESSİYA
18:05 6 Yanvar 2015
440 İdman
Ölkə mətbuatı
A- A+

Hər biri 2 milyon dollar dəyərində Bugatti Veyron və Bugatti Grandsport, üstəlik ən ucuzu 220 min dollarlıq daha 6 avtomobil və 35 milyon dollarlıq Gulfstream V reaktiv təyyarəsi. Bunlar dünyanın ən varlı idmançısı sayılan amerikalı Floyd Meyvezerin avtomobil kolleksiyası və özəl təyyarəsidir.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, boks üzrə beşqat dünya çempionu şöhrət düşkünü olmaqla yanaşı, dəbdəbəli yaşam tərzini İnstagram-dakı profilində reklam edən fərdlərdən biridir.
 
Avtomobilləri və təyyarəsinin qarşısında durub şəkil çəkdirən 37 yaşlı F.Meyvezer yazıb: "Oyuncaqlar aləmimə xoş gəldiniz! Kim mənimlə oynamaq istər?!"
 
Dünya çempionu titulu uğrunda Meyvezerlə qarşılaşacaq Menni Paykyao isə deyib: "Məni bu adamın dəbdəbəli, cah-cəlallı həyatı əsla maraqlandırmır. Məni maraqlandıran onun rinqə çıxıb döyüşməsidir".
 
36 yaşlı filippinli boksçu bu döyüşdə qalib gələrsə, 40 milyon dollar qazanacaq.
Floyd Meyvezer ötən il keçirdiyi döyüşlərdən, sadəcə, ikisindən 70 milyon dollar qazanıb. Qələbələrdən sonra Floyd 15 yaşlı oğlu Kurona ad günündə, noyabrın 24-də qızılı rəngli oyuncaq Bentley almışdı.
 
F.Meyvezer peşəkar boksda keçirdiyi 47 döyüşdə qalib gəlib, 26 qarşılaşmanı nokautla başa vurub.
 
Floyd Meyvezerin super avtomobilləri
 
1. Ferrari 599 GTB Fiorano
2. Porsche 911 Turbo S
3. Lamborghini Aventador
4. Ferrari 458 Spider
5. Ferrari 458 Spider
6. Bugatti Grand Sport
7. Bugatti Veyron
8. Bugatti Veyron.
 
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR