Aparıcı Mikayıl sərt danışdı: "Verilişimdə qulağı sırğalı, nazlı kişi..." - FOTO

Aparıcı Mikayıl sərt danışdı: "Verilişimdə qulağı sırğalı, nazlı kişi..." - FOTO
18:12 6 Yanvar 2015
276 Şou
Ölkə mətbuatı
A- A+

"Space" telekanalında aparıcı Mikayıl Güləddinoğlunun təqdimatında yayımlanan "Sevimli şou" verilişinin dünənki buraxılışı müzakirəsiz ötüşməyib
Sosial şəbəkədə bir çoxları verilişi, bəziləri isə qonaqları tənqid ediblər. Dünənki efirin qonaqları isə müğənni Xatirə İslam, Vasif Məhərrəmli Gülay Zeynalaova idi. Adıçəkilən müğənnilərdən Gülayın ifası bəyənilsə də, Vasiflə Xatirə tənqid atəşinə tuş gəlib. Milli.Az xəbər verir ki, lent.az bununla bağlı adıçəkilən sənətçilərdən münasibət öyrənib.
 
Aparıcı Mikayıl Güləddinoğlu:
 
"Azərbaycanın hansı televiziyasının verilişində tamaşaçıların əyləşməsi üçün 400 nəfərlik oturacaq var? Yoxdur. Sosial şəbəkələrdə barəmdə yazılanlardan biri tənqidi fikrini üzümə demir. Amma məni görəndə gəlib şəkil çəkdirirlər, toylarına dəvət edirlər. İnsanlar məni el şənliklərinə dəvət edirlər. Hər gün toydayam. Bu toyu edənlər də azərbaycanlı balalarıdır. İstəyirlər ki, balalarının toyunda mən iştirak edim. Verilişimizə tənqidi fikirlər səsləndirən insanlar əlləri ətə çatmayıb, murdardır deyən insanlardır.

Əgər mənim verilişimdə Ağadadaş Ağayev, Cabir Abdullayev, Könül Xasıyeva kimi nəhəng sənətkarlar qonaq olursa, bəs bu nədir? Dünən verilişimdə qonaq Xatirə İslam, Vasif Məhərrəmli və Gülay Zeynalaova idi. Gözəl bir proqram oldu. Müğənnilərin canlı ifalarını da eşitdiniz. Elə mən özüm də eşitdim. Musiqi baxımından da anlayışım var. Bilənlər bilir ki, mən konservatoriyanı bitirmişəm. Musiqi təhsilim var. Mən aparıcıyam, hansı ifaçının pis, yaxşı oxuduğunu deyə bilmərəm.

Mənim verilişimdə nazlı kişi yoxdur ki, televiziyaya baxan uşaq efirə baxsın, olsun nazlı kişi. Mən efirdə kişi əqidəli proqram aparıram, baxsınlar. Verilişimdə qalmaqal, qulağı sırğalı filan şey... gədə yox, kişi var”.
 
Müğənni Gülay Zeynalova:

“Həmin proqramda qonaq oldum, ifalarımı təqdim etdim. Həmkarlarım da gözəl oxudu. Mən elə xanımam ki, hara getmək lazım olduğunu bilirəm. Ola bilər ki, həmin veriliş kimlərinsə xoşuna gəlmir, amma bu, hər kəsin öz işidir. Amma o verilişdə pis nəsə görmürəm. Dünən müğənnilərlə çıxışımız zamanı öz aramızda danışdıq ki, “Qarabağ şikəstəsi” yarımçıq ifa olundu. Kənardan baxana asan görünür. Amma canlı efir çox çətindir. Mənim və Xatirənin səsi xəstə idi. Amma dünən hər birimiz yaxşı ifa etdik”.
 
Müğənni Vasif Məhərrəmli:

“Mən dünən çox gözəl oxudum. İfama görə çox adam zəng edib məni təbrik etdi. İfamı bəyənməyənlər isə, qələt edib deyir. Mən yaxşı oxumuşam. Belə də yazın ki, qələt edirlər”.
 
Müğənni Xatirə İslam: "Məni belə şeylərə görə narahat etməyin".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/317604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR