Metrobüslər bir-birinə çırpıldı (VİDEO)

Metrobüslər bir-birinə çırpıldı (VİDEO)
18:26 6 Yanvar 2015
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə 2 metrobüs bir-birinə dəyib.

ANS PRESS-in məlumatına görə, Edirnekapı deyilən ərazidə baş verən qəza zamanı dayanacaqda dayanan bir metrobüsə arxadan gələn başqa bir metrobüs dəyib. Qəza nəticəsində metrobüsün ön şüşəsi qırılıb və 3 sərnişin yaralanıb.

Hadisə yerinə gələn həkimlər yaralılara ilkin yardım ediblər. Daha sonra zərər çəkənlər ətrafdakı xəstəxanalara yerləşdirilib.

Bildirilib ki, yaralıların vəziyyəti yaxşıdır və müalicələri davam etdirilir.









Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318034

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR