iPhone 6-nın enerjisini 15 dəqiqəyə dolduran cihaz

iPhone 6-nın enerjisini 15 dəqiqəyə dolduran cihaz
19:03 6 Yanvar 2015
329 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Məftun Salmanov/

Ağıllı telefonların əsas problemi olan batareya enerjisinin tez azalmasına çarə tapılıb.

Trend-in Türkiyənin "Yeni Şafak" qəzetinə istinadən verdiyi məlumata görə, bu problemi kökündən həll edən cihaz təqdim olunub.

Belə ki, "iBattz" şirkətinin təqdim etdiyi "ASAP Charger" cihazı "iPhone 6" mobil telefonunu 15 dəqiqə ərzində enerji ilə təmin edə bilər.

Analoqlarından 4 dəfə artıq sürətlə enerji doldurmaq imkanına malik "ASAP Charger" (20 volt, 2 amper) cihazı 5,600 və 11,200 amper-saat olmaqla iki növdə istifadəyə veriləcək.

Yeni cihazın qiyməti və bazara çıxarıması barədə hələ məlumat verilmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2350387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR