Bu il Tunis yaşamaq üçün ən ucuz şəhərin siyahısında
birinci olub.
Publika.az xəbər verir ki, bu reytinqi Almaniyanın yük
taksisi xidmətlərini göstərən “Movinga” şirkəti hazırlayıb.
Ekspertlər yeni getdiyiniz yerdə birinci aydakı yaşayışınız –
mənzil kirayəsi, telefon xidməti, yemək və nəqliyyat xərclərini
hesablayıblar.
Beləliklə, Afrikadakı eyniadlı ölkənin paytaxtı olan Tunisdə bu
xərclər 398 dollara başa gəlir.
İkinci yerdə Hindistanın cənubundakı Banqalor şəhəridir – ora
getməyinizə təxminən 422 dollar xərciniz çıxacaq. Ardınca 532
dollardan bir az çox lazım olacaq ölkə Qahirədir.
Dördüncü sırada Buxarestdir. Burada birinci ayda yaşamaq 583
dollara başa gəlir. Sonrakı yerdə gələn Kolumbiyanın Medelinu
şəhərinə gedişiniz üçün 603,6 dollar lazımdır.
İlk onluğa Bolqarıstanın paytaxtı Sofiya, Kolumbiyanın paytaxtı
Boqota, Nigeriyanın paytaxtı Laqos, Riqa və Budapeşt də düşüb.
Siyahıda ümumilikdə 75 yaşayış məntəqəsi var. Sonuncu yerdə
Anqolanın paytaxtı Luandadır. Burada birinci ayda yaşamaq üçün 3,3
min dollar xərcləmək lazımdır. (modern.az)