“Türkiyə əsassız “erməni soyqırımı” iddialarını aşa biləcək”

“Türkiyə əsassız “erməni soyqırımı” iddialarını aşa biləcək”
19:09 6 Yanvar 2015
160 Dünya
Ölkə mətbuatı
A- A+

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz iqamətgahında ölkənin xarici ölkələrdəki səfirlərinin şərəfinə nahar təşkil edib.

 

APA-nın “CNN Turk”ə istinadən xəbərinə görə, görüş zamanı R.T.Ərdoğan bir çox məsələlərlə yanaşı, “erməni soyqırımı” məsələsinə də toxunub.

 

Onun sözlərinə görə, Ermənistan öz enerjisini qondarma “erməni soyqırımı” məsələsinə sərf etməyi və məsələni siyasiləşdirməyi üstün tutur: “Bu kontekstdə bizim Xarici İşlər Nazirliyi geniş və irimiqyaslı işlər həyata keçirir. 2015-ci il ərzində nazirlik və digər müvafiq orqanlar koordinasiya olunmuş şəkildə işləyəcəklər. İnanıram ki, onlar əsassız iddiaları aşa biləcəklər”.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189576

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR