Xəbər verdimiyimiz kimi, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. V qrupa düşən yığmamız Norveç, İrlandiya və Kosova ilə qarşılaşacaq.
Bu rəqiblər arasında Kosova xüsusi diqqəti çəkir. Fanat.Az xəbər verir ki, Azərbaycan hələ Kosovanın müstəqilliyini tanımayıb. Bunun səbəbi isə Dağlıq Qarabağ problemidi. Azərbaycan indiki halda bu ölkənin müstəqilliyini tanıya bilməz. Bu halda Serbiya ilə ölkəmiz arasında siyasi gərginlik yarana və qarşı tərəf də qondarma "Dağlıq Qarabağ Respublikası" ilə bağlı eyni addımı ata bilər.
Beləliklə, millimizlə bağlı qeyri-müəyyən vəziyyət yaranıb. Bu səbəbdən "Azərbaycan yığması müstəqilliyini tanımadığımız ölkəyə necə səfər edəcək" sualı indi bir çoxlarını düşündürür. Yəqin ki, yaxın günlərdə çıxış yol tapılacaq.
Qeyd edək ki, Balkan yarımadamında yerləşən Kosova Serbiya, Makedoniya, Albaniya və Çernoqoriya ilə həmsərhəddi. 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatının nəzarət altına aldığı Kosova 2008-ci ildə Serbiyadan ayrılaraq birtərəfli şəkildə müstəqilliyini elan edib. Hazırda bu ölkənin müstəqilliyini 122 ölekə tanıyıb.
Kosova Futbol Federasiyası 2008-ci ildə yaradılıb. Qurum 3 may 2016-cı ildə UEFA-ya, 10 gün sonra FIFA-ya üzv olub.
Fanat.Az