Azərbaycan ordusunun giziri minaya düşərək yaralanıb

19:22 6 Yanvar 2015
121 Sosial
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 19:21 ]


Bakı – APA. Cəbhənin Ağdam rayonu istiqamətində mina partlaması nəticəsində Şəki rayonunda anadan olmuş 1979-cu il təvəllüdlü Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri Məmmədov Şamo Əhməd oğlu yaralanıb.

 

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yaralı gizirə ilkin tibbi yardım göstərildikdən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə edilib. 
 

Hazırda hərbi qulluqçu həkimlərin tam nəzarəti altındadır. Vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368196

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR