Ağcabədidə yaşayış binasında yanğın olub

Ağcabədidə yaşayış binasında yanğın olub
19:48 6 Yanvar 2015
199 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

Ağcabədidə yaşayış binasında yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Ağcabədi şəhərində ikimərtəbəli kommunal tipli (8 ailə yaşayır) yaşayış binasının 2-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan 4 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2350402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR