Səudiyyə kralı öldü?

Səudiyyə kralı öldü?
21:16 6 Yanvar 2015
202 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı kralı Abdulla ibn Abdel Əzizin ölüm xəbəri yayılıb.

ANS PRESS-in məlumatına görə, bir sıra kütləvi informasiya vasitələrində kralın öldüyü bildirilir.

Səudiyyə Ərəbistanının Rusiyadakı səfirliyi isə xəbəri təkzib edib.

Səfirliyin açıqlamasında bildirlir ki, bu tip xəbərlərin mənbəsi dəqiq göstərilməlidir.

"Belə xəbərlər sosial şəbəkələrə istinad edilməməlidir. Təbii ki, bu xəbər yalaandır, hər şey qaydasındadır", - deyə səfirliyin açıqlamasında qeyd olunur.

Məsələ ilə bağlı Kral sarayı da açıqlama verib: "90 yaşlı kralın vəziyyəti stabildir. Ona pnevmaniya diaqnozu qoyulub".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317860

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR