Lisenziyalar üzrə dövlət rüsumları dəyişdirilir

Lisenziyalar üzrə dövlət rüsumları dəyişdirilir
16:42 1 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiqlənib.
"Report"un verdiyi xəbərə görə, layihə lisenziyalar üzrə dövlət rüsumlarının məbləğlərində dəyişikliyi nəzərdə tutur.
Mobil rabitə xidmətləri (texnioloji standartın adı göstərilməklə) üçün 1 mln. manat həcmində dövlət rüsumu nəzərdə tutulub.
Layihədə teleradio yayımı üçün ümumrespublika televiziya yayımı üçün 50 min manat, Bakı şəhəri üzrə TV yayımı üçün 2 250 manat, regional TV üçün 1 500 manat, ümumrespublika radio yayımı üçün 2 500 manat, Bakı şəhəri üzrə 1 250 manat, regional radio yayımı üzrə 500 manat nəzərdə tutulub.
Layihədə olan rüsumlar lisenziya Bakıda oduqda 100% həcmində, regionlarda olduqda 50% ödənilir.
Bundan başqa, layihə rüsumların ödənilməsi qaydasında dəyişikliyi nəzərdə tutur. Belə ki, hazırda dövlət rüsumunun hesablanması və ödənilməsi qaydalarına əsasən, qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun (“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25%-i (bu qanunun 4.1-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir.
Dəyişikliklə, "istisna olmaqla" sözlərindən sonra "və ödənilən dövlət rüsumu üzrə 5 min manatdan çox olmamaq şərti ilə" sözləri əlavə edilir. Yəni, həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının xəzinə hesabına köçürülən məbləğ 5 min manatdan artıq olmamalıdır.




Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/lisenziyalar-uzre-dovlet-rusumlari-deyisdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR