Dahilərdən müdrik aforizmlər

Dahilərdən müdrik aforizmlər
21:52 6 Yanvar 2015
4728 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az kayzen.az-a istinadən dahilərdən müdrik aforizmləri təqdim edir.
Napoleon Bonapart
İnsanlar rəqəmlərə bənzər, vəziyyətlərinə görə dəyər qazanarlar.
 
Sokrates
Optimist bir insan ayaqqabıları oğurlanınca "ayaqlarım var " dəyə bilən insandır.
 
Sofokles
Bizi heyatın ağır yükündən və iztirabından qurtaran tək söz sevgidir.
 
Oscar Wilde
Kişilər qadınların ilk eşqi, qadınlar kişilərin son eşqi olmaq istər.
 
Dekart
Ağıllı olmaq da bir şey deyil, mühüm olan o ağılı yerində istifadə etməkdir.
 
Honore de Balzac
Bu günki qanunlar böyük ağcaqanadların deşib keçdiyi, kiçiklərin isə ilişib qaldığı bir hörümçək toru kimidir.
 
Goethe
Mal itirən, bir şey itirmişdir, qürurunu itirən bir çox şey itirmişdir. Lakin cesarətini itirən hər şeyini itirmişdir.
 
Phyllis Bottome
Çətinlikləri qarşılamanın iki yolu vardır; ya çətinlikləri dəyişdirisiniz, ya da çətinlikləri həll etmək üçün özünüzü.
 
Friedrich Holderlin
Heç bir şey insan qədər yüksələ bilməz ve onun qədər de alçala bilməz.
 
Axel Munthe
Müvəffəqiyyətin dörd şərti; bilmək, istəmək, cəsarət etmək ve susmaqdır.
 
E. Raux
Çatmaq istədikləri bir hədəfi olmayanlar işləmekdən da zövq almazlar.
 
Frost
Meşədə iki ayrı cığır vardı və mən ən az ayaq izi olanını seçdim. Budur fərqlilik.
 
Dekart
Təsadüfi bir doğruya çatmaqdansa, üsullu bir səylə səhvə çatmağı üstün tutaram.
 
Honore de Balzac
Yaxşılığınıza inanılmasını istəyirsinizsə, ondan həç bəhs etməyin.
 
Benjamin Franklin
Kiçik xərcləmələri gözdən qaçırmayın. Bəzən kiçik bir dəlik böyük bir gəmini batırar.
 
Guy Hunter
Əhəmiyyətli olan, deyilənin nə olduğu, ya da necə deyildiyi deyil, nece aydın olduğudur.
 
Etienne Gilson
Uşağına kiçik şeylərdən zövq almasını öyrədən ona böyük bir sərvət buraxmış olar.
 
Cucong
Böyük adamların səhvləri güneş tutulmasına bənzər, onları hərkəs görər.
 
Bertrand Russell
İnsanın duyğuları bildikləri ilə tərs mütənasibdir. Nə qədər az bilsən, o qədər çox hirslənərsən.
 
Jean Jacques Rousseau
Çətin iş zamanında etməmiz lazım olan, lakin etmədiyimiz asan işlərin yığılmasıyla meydana gəlir.
 
Benjamin Franklin
Düşmənlərinizi sevin çünki qüsurlarınızı tek onlar açıqca söyləyəbilər.
 
Anonim
Həyat nərdivanlarını çıxarkən, insanlara yaxşı davranaq. Çünki, enərkən yenə eyni insanlara rast gələcəyik.
 
Anonim
Xoşbəxt olmağı sabaha buraxmaq, qarşıya keçmək üçün çayın dayanmasını gözləməyə bənzər. Çay əsla dayanmaz.
 
Anonim 
Xoşbəxtlik əkiz olaraq doğular. Onu dadmağın tək bir yolu vardır, o da paylaşmaqdır.
 
Volter
Uzun bir mübahisə hər iki tərəfin də haqsız olduğunun dəlilidi.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/317602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR