Volkswagen Polo Lounge təqdim olundu - FOTO

Volkswagen Polo Lounge təqdim olundu - FOTO
22:22 6 Yanvar 2015
158 Digər
Ölkə mətbuatı
A- A+

Almanlar Volkswagen Polo Lounge modelini buraxmaqla daxili bazarda Polo sırasını genişləndirirlər. Xüsusi buraxılış 15 200 avroya təklif ediləcək.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Bu versiya həm eksteryerdə, həm də interyerdə yalnız vizual yaxşılaşmalarla fərqlənir. Xaricdən model ton verilmiş arxa fənərlər və arxa şüşələr, qara parıltılı radiator barmaqlığı, “Lounge” nişanları və 15 düymlük yeni yüngül lehimdən hazırlanmış təkər dəcti ilə fərqlənir.
 
Salonda alman istehsalçı standart avadanlıqların siyahısını kruiz-kontrol sistemi, avtomat klimat-kontrol sistemi, arxa görünüş güzgüsünün avtomat tutqunlaşdırılması və altı səsgücləndiricili məlumat-əyləncə sistemi ilə genişləndirib. Həmçinin faraların “Coming Home” funksiyasını və yağış məlumatvericisini də qeyd etmək lazımdır.
 
Lounge dörd benzin və üç dizel mühərriki ilə təchiz ediləcək. 1,0 litrlik aqreqat və 5 pilləli ötürücü qutu ilə avtomobil 15 200 avroya təklif ediləcək. Ən bahalı versiya alıcıya 20 375 avroya başa gələcək.
 
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/avto/317585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR