Kökə 9 nəfəri öldürdü

Kökə 9 nəfəri öldürdü
22:57 6 Yanvar 2015
165 Dünya
Ölkə mətbuatı
A- A+

Associated Press agentliyinin yerli mətbuata istinadən yaydığı xəbərə əsasən, Yaponiyada Yeni ili düyü kökəsi yeməklə qarşılayan azı 9 nəfər kökənin boğazda qalması nəticəsində boğularaq ölüb.

Milli.Az BBC-yə istinadən bildirir ki, "moti" adı ilə Yaponiyada məşhur olan bu düyü kökələri ənənəvi yapon mətbəxinin əvəzedilməz bir yeməyi sayılır.
Yapışqanlığı ilə seçilən motilərə tələbat xüsusilə Yeni il bayramı günlərində kəskin artır.
 
Rəsmilər motini xırda tikələrə bölərək yaxşıca çeynəməyi və yalnız bundan sonra udmağı məsləhət görürürlər, əks halda yapışqan kökənin boğazda ilişib qalması və nəfəs borusunu tıxması ehtimalı xeyli artır.
 
Yaponiyanın Yomiuri Şimbun qəzetinin məlumatına əsasən, moti həvəskarlarından 128 nəfəri Yeni il bayramından sonra xəstəxanalara çatdırılıb, onlardan 9 nəfərini xilas etmək mümkün olmayıb.
 
Yaponiyada motinin boğazda ilişib qalmasına görə baş vermiş ölüm halları nadir hadisə sayılmır, belə ki bu səbəbdən hər il orta hesabla bir neçə nəfər, əsasən yaşlı adamlar, ölür.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/53278.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR