Bakıda dönüş qəzası, 2 yaralı - FOTO

Bakıda dönüş qəzası, 2 yaralı - FOTO
23:05 6 Yanvar 2015
115 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Bakı dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Milli.Az APA-ya istinadən bildirir ki, Elçin Əsədovun idarə etdiyi "Mercedes" və Süleyman Hacıyevin idarə etdiyi "LADA" markalı avtomobillər toqquşub.
 
"Mercedes" markalı avtomobil yolun qadağan olunmuş hissəsindən dönmək istəyib, bu zaman arxadan gələn "LADA" ona çırpılıb. Qəza nəticəsində "LADA"nın sürücüsü ağır bədən xəsarətləri alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. " Mercedes"in sürücüsü isə yüngül bədən xəsarətləri alıb.
 
Hadisədən sonra əraziyə yol polisi əməkdaşları cəlb edilib. Qəza yolda tıxacın yaranmasına səbəb olub.

Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin


 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/52819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR