İŞİD-dəki azərbaycanlı döyüşçülərin cəlladı öldürüldü

İŞİD-dəki azərbaycanlı döyüşçülərin cəlladı öldürüldü
23:06 6 Yanvar 2015
233 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşmasının liderlərindən biri Suriyanın şərqində başı kəsilmiş halda tapılıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Suriyada insan hüquqları monitorinq qrupu məlumat yayıb.

Bildirilir ki, öldüürülmüş şəxs Suriyada İŞİD dini polis başçısının müavininin vəzifələrini icra edib. Dini polis bölməsinin işi edamları həyata keçirmək olub.

Başı kəsilən şəxsin ağızında siqaret olub, bədənində isə "Bu şər adamdır" sözləri qeyd olunan məktub tapılıb.

"Onun kim tərəfindən öldürüldüyü bilinmir. İŞİD, yerli sakinlər və ya başqa döyüşçülər ola bilər. O, olduqca nüfuzlu insan idi”, - deyə Suriyada insan hüquqları üzrə monitorinq qrupunun başçısı bu hadisəni şərh edib.

Hüquq müdafiəçilərinin məlumatına görə, bu birinci dəfədir ki, İŞİD polisinin nümayəndəsi belə öldürülür.

Xatırladaq ki, dekabr ayında İŞİD terror təşkilatı 100 dən çox xarici vətəndaşı edam etmişdi. Azərbaycanlıların da olduğu qruplaşma üzvləri qiyam qaldıraraq dəstəni tərk etməyə çalışırdılar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318086

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR