Messi "Barselona"dan gedir?

Messi "Barselona"dan gedir?
23:16 6 Yanvar 2015
305 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Çelsi" futbol klubu güman edir ki, yarımmüdafiəçi Sesk Fabreqas "Barselona"nın forvardı Lionel Messini London klubuna keçməyə inandıra biləcək.

ANS PRESS-in məlumatına görə, ingilislər son zamanlar Messi ilə klubu arasında narazılıqdan yararlanmağı düşünür.

Argentinalı hücumçu və "Barselona" klubunun baş məşqçisi Luis Enrike arasında narazılıq yaranıb. Buna görə də L.Messi "Çelsi"nin transfer təklifini qəbul edə bilər.

Qeyd edək ki, S.Fabreqas daha əvvəl "Barselona"da oynayıb və indiyədək L.Messi ilə dostluq edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=318060

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR