Ceki Çan göz yaşlarını saxlaya bilmədi - video

Ceki Çan göz yaşlarını saxlaya bilmədi - video
14:21 9 Fevral 2017
127 Şou
Ölkə mətbuatı
A- A+

Ulduz aktyor Ceki Çan uşaq olarkən 1962-ci ildə çəkildiyi ilk filmindən sonra karyerasında yüksəlməyə başlayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Çində bir televiziya proqramına qonaq olan aktyorun 40 il birgə çalışdığı dublyor qrupu ona sürpriz video hazırlayıb. Çan videonu izləyərkən göz yaşlarını saxlaya bilməyib.

Dostlarından biri, "Ümid edirəm 100 il yaşayar, bu şəkildə də qardaşlarına 100 il baxa bilər", - deyib.

Digər dostu Cekinin hörmət və ehtiramından bəhs edib:

"Əgər qardaşlarınıza qarşı xeyirxah deyilsəniz, Ceki sizin komandaya daxil olmağınıza əsla razılıq verməz".

Aktyor bir anda birgə çalışdığı dostlarını görərkən göz yaşlarını saxlaya bilməyib. O, belə deyib:

"40 ilim çox əziyyətli keçdi. Qırıq qollar, zədələnmiş ayaqlar... Teatrda heç kəs belə bir şey görə bilməz. Ümid edirəm komandamız mən olmasam da, Çinin vuşu karate hərəkətlərinin yayılması və tanıdılması üçün əlindən gələni edəcək".

Qeyd edək ki, aktyor 200-dən artıq filmə çəkilib və keçən il "Oskar" mükafatını qazanıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=66276

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR