Həzrət Abbasla "şərikli" tikilən hamam və məscid - bir neçə il sonra onları itirə bilərik - FOTO

Həzrət Abbasla "şərikli" tikilən hamam və məscid - bir neçə il sonra onları itirə bilərik - FOTO
14:22 9 Fevral 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Novxanı qəsəbəsində yerləşən tarixi əhəmiyyətli bir neçə tikili uçmaq təhlükəsi ilə üz-üzədir.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a qəsəbə sakinləri məlumat veriblər. Bildirilib ki, qəsəbənin ərazində yerləşən, əsrlərlə yaşı olan Şah Sultan Hüseyn Məscidi və Hacı Səfəralı hamamında təmir-bərpa işləri aparılmasa, tarixi abidələr məhv olacaq. 

Tarixi məlumatlara görə, Şаh Süleymаn Səfəvi 1694-cü ilin 27 iyul tarixində İsfаhаndа vəfаt edib. Dоqquz gün sоnrа, yəni 6 avqust 1694-cü ildə оğlu Şаh Sultаn Hüseyn 26 yаşındа Səfəvi dövlətinin şаhlıq tаxtınа çıxıb. Onun ilk аddımı şаh Süleymаnın kəfən və dəfni ilə bağlı olub. Şah Sultan Hüseyn Qumdа аtаsının və bаbаsının yanındа dəfn edilib. Bundаn sоnrа onun üçün məsciddə 3 gün yas mərasimi verilib. Məhz Şah Sultan Hüseynin göstərişi ilə indiki Novxanı qəsəbəsi ərazisində Şah Sultan Hüseyn məscidi inşa edilib. Məscidin divarlarındakı memarlıq elementləri o vaxtlar hər kəsin diqqətini özünə cəlb edib.

 
Məscid 1930-cu illərdə sovet hakimiyyəti tərəfindən bağlanıb. Tarixi abidə kimi qeydə alınan məscid baxımsızlıqdan məhv olur.
Qəsəbə və sakinlərinin sözlərinə görə, Şah Sultan Hüseyn Məscidi bir neçə tarixi ana şahidlik edib.

 
 

Məlumata görə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə Stalini iki dəfə ölümdən xilas edib. O vaxtlar, Stalin Balaxanı neft mədənlərində çalışan fəhlələr arasında milyonçuların əleyhinə təbliğat aparırmış. Milyonçuların ətrafında gəzən "qoçu"lar bundan xəbər tutub, Stalini tutub quyuya salmaq istəyiblər. Bunu eşidən insanlar hadisə barədə Rəsulzadəyə xəbər veriblər. Rəsulzadə Stalini quyuya atmaq istəyən qoçuların əlindən alıb. Rəsulzadə Stalini gizlətmək üçün Novxanıdakı bağ evinə gətirib. Evdə qadınlar olduğuna görə o, Stalini çox saxlaya bilməyib. Bu səbəbdən Rəsulzadə Stalini həmin məscidə aparıb. 

 
Tarix elmləri doktoru Nəsiman Yaqublu hesab edir ki, deyilənlər doğrudur: "Oranın yaşlı sakinləri mənə bu barədə məlumat veriblər. Onların sözlərinə görə, belə bir hadisə baş verib".

Novxanı kəndində yerləşən Hacı Səfəralı hamamı da uçmaq təhlükəsi ilə üz-üzə qalıb. 

 
Məlumat üçün bildirək ki, hamamın tikintisi 1907-ci ildə başa çatıb. Ərazisinin itibucaqlı olması və o zaman əsas yola çıxması tikilinin planlaşdırılmasında bir çox mane yaradıb. Buna baxmayaraq, hamamın yerini təyin etdikdə islamın bütün qayda-qanunları ciddi şəkildə qorunub saxlanılıb. Burada geniş giriş zalı və tualet, əhalinin sayına uyğun soyunub-geyinmə bölməsi nəzərdə tutulub. Soyunub-geyinmə otağı ilə çimmə zalının arasındakı kamera istiliyi rejimdə saxlamağa xidmət edib. Kvadratşəkilli, arkalı çimmə zalı soyuq və isti su kameralarından ibarət olan hissəylə əlaqəli olub. Suqızdırma otağı başqa hamamlardan fərqli olaraq genişliyi ilə seçilib. Hamamı su ilə təchiz edən quyu da burada yerləşdirilib. 

 
Kənd sakini Hacı Gülağa Nağıyevin bildirdiyinə görə, hamam üç nəfərin şərikli pulu ilə tikilib. Məscidi inşa etdirən Hacı Səfəralı şəriklərilə Həzrəti Abbası özlərinə dördüncü şərik seçib. Hamamdan gələn gəlirin 25% Həzrəti Abbasın payına düşüb, məscidin axunduna təhvil verilib və xeyriyyə işlərinə sərf edilib. Bu ənənə hamam kolxozun balansına veriləndən sonra pozulub. Ötən əsrin 80-ci illərinin ortalarından hamam fəaliyyətini dayandırıb.

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Vüqar İsayev məsələ ilə bağlı sayta bildirib ki, tarixi abidlərin dağılma təhlükəsində olması haqda onlara məlumat daxil olub. Nazirlik rəsmisi bu istiqamətdə araşdırma aparılacağını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





















Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/515803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR