Polkovnik: "Ermənilər özlərini növbəti dəfə gülünc vəziyyətə qoydular"

Polkovnik: "Ermənilər özlərini növbəti dəfə gülünc vəziyyətə qoydular"
14:32 9 Fevral 2017
191 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmənin kəşfiyyat-diversiya qrupunun həmləsinin dəf edilməsi zamanı şəhid olan Çingiz Qurbanovun nəşi belə ermənilərə ciddi problemlər yaratdı.

Milli.Az xəbər verir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik İlqar Əliyev deyib.

Ekspertin sözlərinə görə, əslində ermənilər özlərini gülünc vəziyyətə qoyublar: "Ermənistan tərəfi Çingiz Qurbanovun məhv etdiyi düşmən hərbçilərinin qohumlarının və yaxınlarının etirazlarından qorxaraq, onun nəşinin qaytarılmasını yubadaraq, bunun səbəbini hansısa istintaq və araşdırmanın aparılması ilə əlaqəli olduğunu bildirdi. Ermənilər növbəti dəfə özlərini gülünc vəziyyətə qoyaraq, guya istintaq aparmaq məqsədilə şəhidin nəşini 39 gün "sorğu-suala" tutub mühüm əhəmiyyətli məlumatlar əldə edəcəkdilər. Bununla ermənilər nə qədər cılız, qeyri-insani, mənəviyyatsız olduqlarını bir daha sübut etdilər".

Polkovnik bu arada Ermənistan mətbuatında bir-birinin ardınca özlərinin itkiləri barədə məlumatların yayılmasına da münasibət bildirib: "Bu göstərir ki, Çingizin də qisası başqa şəhidlərimiz kimi artıqlaması ilə alınıb. Biz son vaxtlar bunun şahidi oluruq və gələcəkdə də belə olacağına əminik".

İ.Əliyev qeyd edib ki, Azərbaycan öz vətəndaşlarının taleyinə biganə yanaşmır, şəhidlərinin xatirəsini isə uca tutur: "Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin şəxsi təkidi, səyi və müvafiq orqanlara göstərişləri nəticəsində şəhidin nəşi fevralın 5-də Azərbaycana qaytarıldı və böyük ehtiramla onun doğulub boya-başa çatdığı Qusar şəhərindəki Şəhidlər xiyabanında dəfn edildi. Fevralın 8-də Azərbaycan prezidentinin sərəncamı ilə Çingiz Qurbanov Vətən uğrunda göstərdiyi şücaətə və şəxsi igidliyə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt vətəndaşların taleyinə biganə qalmır, şəhidlərini unutmur, onların adlarını və qəhrəmanlıqlarını əbədiləşdirir və xatirəsini gələcək nəsillərə nümunə olaraq qoruyub saxlayır".

Zabit Əsgərov

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/515823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR