Azərbaycan Prezidenti: "Biz Çingizlə fəxr edirik"

Azərbaycan Prezidenti: "Biz Çingizlə fəxr edirik"
14:32 9 Fevral 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ "Keçən il dekabrın 29-da əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak oldu. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir".
"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə deyib. 
Dövlət başçısı qeyd edib ki, Çingiz düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir: "Geri çəkilmədi, qorxmadı. Baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı. O, son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır. Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. O, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, Azərbaycan gəncləri bugünkü vəziyyətlə heç vaxt barışmayacaq. Bu bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var".

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/azerbaycan-prezidenti-biz-cingizle-fexr-edirik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR