İsrailə qarşı müharibə elan edildi

İsrailə qarşı müharibə elan edildi
14:33 9 Fevral 2017
211 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması Misirin Sinay yarımadasından İsrailin Eylat kurort vilayəti istiqamətində edilən raket atəşinə görə məsuliyyəti üzərinə götürüb.

Publika.az xəbər verir ki, bu haqda “Jerusalem Post nəşri” yazıb.

Raketlər İsrailin hava hücumundan müdafiə sistemi ilə məhv edilib, zərər çəkən yoxdur. Bununla da terror təşkilatı İsrailə müharibə elan etmiş olub. Fələstinin “Maan” agentliyinin bildirdiyinə görə, terrorçuların yaydığı bəyanatda birbaşa mətnlə “İsraillə qarşı müharibənin başlanması”ndan danışılır.

“Haaretz” nəşri qeyd edir ki, raket zərbəsi bir neçə il ərzində Misir istiqamətindən edilən ilk hücumdur. Eylat sonuncu dəfə 2014-cü il iyulun 24-də atəşə məruz qalıb.

İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, İsrail istiqamətində dörd raket buraxılıb. Onlardan biri boş əraziyə düşüb, üçü isə “Dəmir günbəz” ilə zərərsizləşdirilib. Lakin terrorçuların məlumatına görə, İsrail istiqamətində 7 raket atılıb.

Eylatda hazırda turizm mövsümünün ən bərk istiləri hökm sürür. Burada Avropa ölkələrindən minlərlə xarici turist dincəlir.

Qeyd edək ki, Misirin Sinay yarımadasında hazırda İŞİD-in yerli qruplaşması “Ənsar Beyt al-Makdis” (“Yerusəlim tərəfdarları") fəaliyyət göstərir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR