Klub rəhbərlərini "susdurmaq" üçün UEFA-ya üz tutdular

Klub rəhbərlərini "susdurmaq" üçün UEFA-ya üz tutdular
14:52 9 Fevral 2017
35 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Futbol Federasiyası (TFF) oyun və hakimlikdən narazı qalan klub rəhbərlərini "susdurmağa" çalışır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qurum matçdan 6 saat ərzində klub rəsmilərinə mətbuata açıqlama vermək qadağası qoymaq üçün UEFA-ya rəsmi müraciət göndərib. TFF "məlumatdan kasad açıqlamaların azarkeşləri yerindən oynatmağa çalışdığını" düşünür. UEFA-nın verəcəyi cavab əsasında hüquqi tədbirlər görüləcək.

Qeyd edək ki, federasiyanın prezidenti Yıldırım Demirören iştirak etdiyi bir proqramda bu məsələyə toxunmuşdu. "Mən də klub prezidenti olmuşam. Oyundan sonra azarkeşləri qıcıqlandırmaq üçün danışmaq heç kimə fayda gətirmir. "Danışmayın" demirəm, daha sonra danışmağın məqsədəuyğun olduğunu düşünürəm. Hətta vaxt keçəndən sonra danışılası bir şey olmadığını görəcəklər", - Demirören bildirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/515811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR