Bakıda 20 min dolları 40 minə çevirən "sehrbaz"ı tutdular

Bakıda 20 min dolları 40 minə çevirən "sehrbaz"ı tutdular
15:05 9 Fevral 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dələduzluq cinayətinə görə tutulan Kamerun vətəndaşının evində axtarış aparılıb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən əcnəbi vətəndaş Aurelien Vanbonun Bakı şəhər sakini Məmməd Məmmədova məxsus 20000 ABŞ dolları pulunu xüsusi kimyəvi vasitələrlə 40 000 ABŞ dollarına çevirəcəyi adı ilə aldadaraq ələ keçirməsi müəyyən edilib.
 
A.Vanbonun Xətai rayonu ərazisindəki yaşadığı evə baxış zamanı oradan kimyəvi maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.
 
Faktla əlaqədar cinayət işi başlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/515827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR