13 yaşlı qız ailəsini dolandırmaq üçün özünü qurban etdi

13 yaşlı qız ailəsini dolandırmaq üçün özünü qurban etdi
15:12 9 Fevral 2017
200 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniya polisi fahişəliklə məşğul olan 13 yaşlı rusiyalı qızı saxlayıb. Uşaq ailəsini saxlamaq üçün bu işlə məşğul olub.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, Almeriya şəhərində qonşuların diqqəti bir ailənin faciəsini üzə çıxarıb. 

13 yaşlı qız 15 avro, içki, siqaret müqabilində kişilərə intim xidmət göstərib. Bunu isə anasının razılığı ilə edib. Uşaq bu yolla ailəsini dolandırmağa, kiçik qardaşına yemək almağa çalışıb. 

İspan polisi uşaqların, demək olar ki, tamamilə atılmış vəziyyətdə olduğunu, heç yerdə təhsil almadıqlarını müəyyən edib. Polis daha öncə ananın icazəsi ilə 13 yaşlı uşağın fahişəlik etməsi faktı ilə heç vaxt qarşılaşmadıqlarını açıqlayıb.  

Qız və ailəsi Rusiya vətəndaşları olsalar da, uzun müddətdir İspaniyada yaşayıblar. Qızın Rusiya vətəndaşı olan atası ölüb. Ailəni kiçik oğlunu isə qadın ispan bir kişidən dünyaya gətirib. 

Hazırda uşaqlar dövlət himayəsinə veriliblər. Onlar uşaqlar üçün olan kollecdə təhsil alır və yaşayırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/515781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR