"Belə kişi olar? İyrənc görünür" - Tarkana sərt sözlər

"Belə kişi olar? İyrənc görünür" - Tarkana sərt sözlər
15:21 9 Fevral 2017
186 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Tuğba Ekinçi pop ulduz Tarkan haqqında ağır ifadələr işlədib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Renkli Sayfalar" proqramına qonaq olan müğənni Tarkanın Sezen Aksunun albomunu dinləyərkən çəkib sosial şəbəkə hesabında paylaşdığı videosuna münasibət bildirib:

"Bu yaşdan sonra etdikləri tutmur. Mənim sözlərim Tarkan pərəstişkarlarının xoşuna gəlməyəcək, amma bunu bilərəkdən deyirəm. Tarkanın hərəkətləri mənim üçün iyrənc görünür. Belə hərəkətləri bir kişiyə yaraşdırmıram. Belə kişi olar? Sevgilim belə etsəydi, onu tərk edərdim. Heç kəsi təhqir etmək fikrim yoxdur. Mənim haqqımda da, "iyrənc" ifadəsini işlədə bilərlər. Neçə yaşına gəlib etdiyi hərəkətə bax. Bunu orta yaşlı bir qadına da yaraşdırmıram".

Tuğbanın bu sözlərindən sonra aparıcı ona, "Tənqid edək, amma təhqirə keçməyək", - deyib.

Qeyd edək ki, bir müddət öncə Tarkan Sezen Aksunun mahnısını bəyənərək paylaşdığı videosuna "Çox yaxşı təsir etdin bizə, kraliçam. Biraz pop, biraz Sezen əladır. Yaxşı ki, varsan. Love you" sözlərini yazmışdı.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=66281

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR