Fransadakı prezident seçkiləri ərəfəsində avro ucuzlaşa bilər

Fransadakı prezident seçkiləri ərəfəsində avro ucuzlaşa bilər
15:22 9 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ Avronun ABŞ dollarına qarşı məzənnəsi Fransadakı siyasi qeyri-müəyyənliklər səbəbindən azalmağa başlayıb. "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, avronun ucuzlaşmasına səbəb Fransada keçiriləcək prezident seçkiləridir. Belə ki, prezident seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək. Əhali arasında keçirilən sorğuya əsasən, prezident seçkilərinin ilk turunda Milli Cəbhə Partiyasının lideri Marin Le Pen 24%-lə qalib gələcək. Onun rəqibləri keçmiş iqtisadiyyat naziri Emmanuel Makronun 21%, eks-baş nazir Fransua Fiyonun isə 19% səs yığacağı gözlənilir.
Qeyd edək ki, Le Penin seçki öncəsi proqramında Fransanın "milli müstəqilliyi"nin bərpası, emiqrantların ölkəyə axınının sayının azaldılması, konstitusiyaya dəyişikliklər yer alıb. Xatırladaq ki, M.Le Pen Avropa İttifaqı və avro pul vahidinin tətbiqi ilə bağlı referendumun keçirilməsi zərurəti ilə bağlı fikirlər səsləndirib.
"Report"un analitik qrupu bildirir ki, Avropada siyasi proseslər Fransadakı seçkilərlə bitmir. Yay aylarında analoji hadisə İtaliyada da gözlənilir: "Məhz bu səbəbdən avronun ucuzlaşması qaçılmazdır. Lakin ABŞ hakimiyyətinin dolların bahalaşmasına qarşı olması avronun kəskin ucuzlaşmasının qarşısını alacaq. Nəticədə, avro/dollar cütlüyünün məzənnəsinin 2017-ci ildə 1,04-1,10 USD/EUR diapazonunda hərəkət edəcəyi gözlənilir".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/fransadaki-prezident-seckileri-erefesinde-avro-ucuzlasa-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR