Nazir: "Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğunu nəzərə alırıq"

Nazir: "Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğunu nəzərə alırıq"
15:52 9 Fevral 2017
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Ermənistanda hərbi bazasının mövcudluğu Moskva və Yerevanın öz işdir, lakin Bakı bunu hər zaman nəzərə alır. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri "RİA Novosti"yə müsahibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. O xatırladıb ki, həmin hərbi baza orada Sovet İttifaqı dövründən mövcuddur: "Orada NATO üzvü Türkiyə ilə sərhəddə kifayət qədər güclü hərbi qrup olub. İndiki halda Rusiya və Ermənistan bunu özləri müəyyən etməlidir. Lakin, əlbəttə ki, təhdid və çağırışları nəzərə alaraq biz də gözüaçıq olmalıyıq". 
 
Nazir qeyd edib ki, Ermənistanda Rusiyaya məxsus "İsgəndər" raket komplekslərinin kodlarının kimdə olması məsələsi də açıq qalıb: "Əgər nə zamansa bir tərəf addım atırsa, təbii olaraq digər tərəf cavab verməlidir. İndiki halda biz bilirik ki, Ermənistana "İsgəndər" verilib. Lakin onların kodlarının kimdə olması sual olaraq qalır". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/515875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR