Bakını gözləyən təhlükə (VİDEO)

Bakını gözləyən təhlükə (VİDEO)
00:06 7 Yanvar 2015
198 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir müddət bundan əvvəl Urmiya gölünün quruması ilə bağlı yayılan xəbərlər Azərbaycan da daxil olmaqla İrana qonşu dövlətlər arasında həyacana səbəb olmuşdu. Bildirilirdi ki, gölün quruması regionda 6 milyon nəfərin həyatı üçün təhlükə yaradacaq. 10 milyard ton duz toz və torpaqla birlikdə əhalinin başına yağacaq. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir. Bu xəbərin üstündən çox keçməmiş Xəzər dənizinin də quruması barədə xəbərlər yayıldı.

ANS TV-nin məlumatına görə, son dörd ildə Xəzər dənizinin səviyyəsi - 28 metr düşüb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun alimlərinin apardığı araşdırmalara görə, hazırda dəniz səviyyəsinin suyu bir metr aşağı enib. Bu isə o deməkdir ki, suyun səviyyəsi aşağı düşdükcə ölkə ərazisini hər an təhlükə haqlaya bilər. Artıq dənizkənarı bulvar ərazisində dəniz suyunun geri çəkilməsi açıq-aşkar müşahidə olunur. Alimlər dəniz səviyyəsinin aşağı düşməsinin səbəbini Volqa çayının suyunun azalması ilə bağlayırlar. Aparılan tədqiqatlara görə Volqa çayının suyu100 kub metr aşağı düşüb ki, bu da dənizə axan suyun az olmasına gətirib çıxarıb. Nəticədə Xəzər dənizinin səviyyəsi tədricən aşağı düşüb. Bu isə həm iqtisadiyyata, həm də ekalogiyaya ciddi zərbə deməkdir. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitunun direktoru Ramiz Məmmədov belə olan təqdirdə əhali tərəfindən sahil zonasına xüsusi diqqətin ayrılmasını vacib hesab edir.

“Sahil zonasının mənimsəməsində müəyyən strategiya olmalıdır. Məsələn, çimərlik üçün dəniz çətiri tikilərsə, ona yaxın ətrafda tikə bilərsiz. Su bassa da heç bir təhlükəsi yoxdur. Amma siz kapital bir tikinti tikimək istiyirsizsə, artıq mənfi 28 və 27-dən 25-ə qalxmalısınız . Çünki dənizin bu səviyyə gəlib çatması ehtimalı azdır”.

Ekoloqlarsa dəniz səviyyəsinin aşağı düşməsini dənizə axan çaylarla və yağıntıların miqdarı ilə əlaqələndirmir. Hesab edirlər ki, dənizin dibindən çıxarılan neft tədricən orda boşluq yaradır, nəticədə torpaq çökür və bu da birbaşa dəniz suyunun səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Ekoloq Telman Zeynalov Meksikada dəniz dibindən çıxarılan neft nəticəsində suyun səviyyəsininin 10 il ərzində 3 metr aşağı düşdüyünü deyir. Onun sözlərinə görə, bənzər vəziyyət hazırda Xəzər dənizində yaşandığından kənd təsərrüfatına ciddi ziyan dəyə bilər.

“Xəzər dənizinin səviyyəsinin oynaması sakit okeandan asılıdır. Rus alimləri də, eyni zamanda bizim alimlərimiz də Xəzər dənizinin qalxması və enməsilə əlaqədar yazmışdılar. Xəzər dənizinin səviyyəsi aşağıya düşürsə, bizi gələcəkdə sahil boyu ərazilərimiz demək olar ki, şoranlaşacaq. Şoran torpaqların miqdarı artacaq və kənd təsərrüfatımız sıfıra enəcək”.

Onu da deyim ki,1996-cı ilə kimi Xəzərin səviyyəsi iki metr yarım qalxıb, sonra bir müddət sabit qalıb. Elə həmin ildəcə suyun səviyyəsi 26,5 metr azalıb, bir müddət sabit qaldıqdan sonra 2010-cu ildən yenidən düşməyə başlayıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=318091

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR