Azərbaycanlı tələbə Yaponiya jurnalına müsahibə verdi - FOTO

Azərbaycanlı tələbə Yaponiya jurnalına müsahibə verdi - FOTO
16:05 9 Fevral 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Hokkaydo Universitetinin "Litterae Populi" adlı ingilis dilli jurnalında diaspor fəalımızın müsahibəsi dərc olunub.

Milli.Az xəbər verir ki, Yaponiyanın Hokkaydo Universitetində konfliktologiya elmi üzrə araşdırmalar aparan, doktorant tələbə, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədovun müsahibəsi sözügedən universitetin "Litterae Populi" adlı ingilis dilli jurnalının 2017-ci il sayında çap edilib. Qeyd edək ki, həmyerlimiz Əlibəy Məmmədov 2014-2016-cı illər ərzində təxminən 1800 nəfər xarici tələbəsi olan Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının prezidenti vəzifələrini icra edib. Hal-hazırda fəxri prezidentidir.

Sözügedən assosasiyanın təşkilatçılığı ilə hər il iyun ayında Hokkaydo Universitetində "Beynəlxalq Yemək Festivalı" keçirilir. Müsahibə məhz "Beynəlxalq Yemək Festivalı"na həsr edilib. Müsahibədə Ə.Məmmədov bildirib: "İnsanların müxtəlif ölkələrin ləziz mətbəxlərini dadmaqla, həmin ölkələrin mədəniyyətlərinə toxunmalarını seyr etmək çox xoş bir hadisədir".

Qeyd edək ki, Azərbaycan 2013-cü ildən etibarən ard-arda 4 il sözügedən festivalda təmsil olunub. Ə.Məmmədov qeyd edib ki, Azərbaycan çadrında kababların satışı həyata keçirilib: "Bəzi qonaqlar gün və ya festival ərzində bir neçə dəfə təşrif buyurmuşlar. Festival zamanı, sadəcə, yerli insanlar arasında deyil, həm də müxtəlif ölkələrdən olan beynəlxalq tələbələr arasında da mübadilələr həyata keçirilib". "Beynəlxalq Yemək Festivalı"nda iştirak etmək üçün hər ilin aprel ayından etibarən iştirakçıların yoxlamaları aparılır. Festivala qədər hər həftə beynəlxalq tələbələr arasında müntəzəm iclaslar təşkil edilir və festivalın qayda-qanunları ilə bağlı izahlar edilir. Müsahibə haqqında Ə.Məmmədov bildirib ki, bu məqalə 2015-ci ildə yapon dilində çapdan çıxıb. Jurnal rəhbərliyi beynəlxalq ictimaiyyət üçün həm də ingilis dilində jurnalın nəşrini həyata keçirib. Beynəlxalq Yemək Festivalında, sadəcə, kababların satışı deyil, həm də festivala gələn on minlərlə qonağa Azərbaycan, eyni zamanda, digər ölkələr haqqında geniş məlumatlar verilib. Qonaqları maraqlandıran suallar cavablandırılıb.

Bununla bərabər festival haqqında hazırlanmış elanlar və jurnallarda da iştirakçı ölkələr və mətbəxləri haqqında geniş məlumatlar öz əksini tapıb. Hər il orta hesabla 200 çadır qurulur ki, onlardan 25-i beynəlxalq tələbələr tərəfindən, digərləri isə yaponiyalı tələbələr tərəfindən idarə olunur. Eyni zamanda, festival regionda əhəmiyyətli mərasimlərdən biri hesab edildiyi üçün, hər il yerli kanalların canlı çəkilişləri həyata keçirilir. Bu çəkilişlərdə Azərbaycan çadırı hər zaman öndə gedənlərdən olmuşdur. file:///C:/Users/elnur.h/Downloads/1701Litterae-Populi.pdf

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/515878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR